logo
logo logo
logo

"Hörmüzdə bir gündə 3 gəmi partlayıb" - SEPAH

23:56 - 17 Noyabr 2026

\"Hörmüzdə bir gündə 3 gəmi partlayıb\" - SEPAH

Hörmüz boğazında daha bir neft tankeri dəniz minasına çırpılıb və partlayış nəticəsində yanğına məruz qalıb.


Manset.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

"Neft tankeri Qeşm adasının sahilləri yaxınlığında hələ də yanmaqdadır", - SEPAH-dan bildirilib.

Qeyd olunub ki, bu, gün ərzində minaya düşən üçüncü gəmidir:

"Son iki həftə ərzində gəmilərin dəniz minaları ilə toqquşması sayı görünməmiş səviyyədə olub. Bu bölgədəki hər bir partlayış sübut edir ki, Hörmüz boğazı ABŞ-nin bəyan etdiyi kimi açıq deyil".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az