Hörmüz boğazında daha bir neft tankeri dəniz minasına çırpılıb və partlayış nəticəsində yanğına məruz qalıb.
Manset.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"Neft tankeri Qeşm adasının sahilləri yaxınlığında hələ də yanmaqdadır", - SEPAH-dan bildirilib.
Qeyd olunub ki, bu, gün ərzində minaya düşən üçüncü gəmidir:
"Son iki həftə ərzində gəmilərin dəniz minaları ilə toqquşması sayı görünməmiş səviyyədə olub. Bu bölgədəki hər bir partlayış sübut edir ki, Hörmüz boğazı ABŞ-nin bəyan etdiyi kimi açıq deyil".