logo
logo logo
logo

Ödənişli hərəkət zonalarına daxil olma ilə bağlı qanun dəyişir 

12:15 - 18 Noyabr 2026

Ödənişli hərəkət zonalarına daxil olma ilə bağlı qanun dəyişir 

Avtomobillərin Bakıda ödənişli hərəkət zonalarına daxil olmasına görə toplanan haqq dövlət büdcəsinə ödəniləcək.


Manset.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Avtomobil yolları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək, həmin haqq dövlət büdcəsinə ödəniləcək.

Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə subsidiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az