ABŞ Geoloji Xidməti (USGS) yerli vaxtla saat 02:48-də Rumıniyada 5,3 maqnitudalı zəlzələnin qeydə alındığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, zəlzələnin episentri Rumıniyanın Vrança bölgəsində yerləşən Nereju Mik kəndinin qərbində olub. Yeraltı təkanlar təxminən 131 kilometr dərinlikdə baş verib.
Zəlzələnin qonşu ölkələrdə də hiss edildiyi bildirilir.