“Arsenal” heyətindəki əsas futbolçuları uzunmüddətli müqavilələrlə komandada saxlamağa hazırlaşır.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, London klubunun Deklan Rays, David Raya və Yurien Timberlə yeni sözləşmələr imzalayacağı bildirilir.
Məlumata görə, Raysla 2031-ci ilə qədər müqavilə imzalanacaq. Raya ilə 2030-cu ilə qədər yeni sözləşmə barədə prinsipial razılıq əldə olunub. Timber də klubla müqaviləsini uzadacaq.
Qeyd edək ki, 27 yaşlı Rays bu mövsüm 15 matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 31 yaşlı Raya 15 görüşdə 8 qol buraxıb, 10 matçda qapısını toxunulmaz saxlayıb. 25 yaşlı Timber isə 10 oyunda 1 qol vurub.