logo
logo logo
logo

"İlin ən yaxşı klubu"na namizədlər bilindi

00:30 - 19 Noyabr 2026

\"İlin ən yaxşı klubu\"na namizədlər bilindi

"Globe Soccer Awards"ın 2026-cı il üzrə “İlin ən yaxşı klubu” nominasiyasına namizədlər müəyyənləşib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, kişilər arasında “Əl-Əhli”, “Arsenal”, “Aston Villa”, “Barselona”, “Bavariya”, “Flamenqo”, “İnter” və PSJ komandaları mükafat uğrunda mübarizə aparacaq.

Qadınlar arasında isə “Arsenal”, “Barselona”, “Bavariya”, “Kruzeyro”, “Mançester Siti” və “Lion” klubları namizəd göstərilib.

Qeyd edək ki, ötən il kişilər arasında PSJ, qadınlarda isə “Barselona” "Globe Soccer Awards"ın versiyasına görə ilin ən yaxşı klubu seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az