logo
logo logo
logo

4 boksçumuz finala yüksəldi

22:18 - 18 Noyabr 2026

4 boksçumuz finala yüksəldi

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı davam edir.


Manset.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarışın üçüncü günündə Azərbaycan millisinin daha dörd idmançısının hər biri mərhələ adlayıb.

Bilalhəbaşi Nəzərovun (50 kq) rəqibi Katalin Turkunun (Moldova) çəkisi artıq olduğu üçün döyüşə buraxılmayıb və boksçumuz qalib elan edilib. İkiqat Avropa çempionu 1/4 finalda Filip Horvatla (Çexiya) münasibətinə aydınlıq gətirəcək.

Zidan Hünbətov (55 kq) 1/8 finalda Badreddin Buraouiaya (İtaliya) heç bir şans verməyib. Hər üç raundu xeyrinə bitirən təmsilçimiz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gəlib. Hünbətov 1/4 finalda Nikola Maksimoviçi (Serbiya) sınağa çəkəcək.

Məhəmmədəli Aşırəliyev (60 kq) 1/8 finalda Abdullah Rahalı (İsrail) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). O, Poreçdə üçüncü cəhdində Brandon Hinea Kollasosla (İspaniya) gücünü yoxlayacaq.

Nicat Alırzayev (70 kq) da adını 1/4 finala yazdırıb. Boksçumuz Edqaras Trotenskisi (Litva) 3:2 (30:27, 28:29, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib. O, yarımfinala gedən yolda Miloş Roqanoviçlə (Monteneqro) üz-üzə gələcək.

Son iki boksçunun döyüşü noyabrın 20-də, digər ikisinin görüşü bir gün sonra olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az