logo
logo logo
logo

"İrana qarşı hərbi əməliyyat qaçılmazdır" - Netanyahu

19:58 - 19 Noyabr 2026

\"İrana qarşı hərbi əməliyyat qaçılmazdır\" - Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı hərbi əməliyyatın qaçılmaz olduğunu bildirib.


Manset.az The Times of Israel-ə istinadən xəbər verir ki, Netanyahu bu fikri təhlükəsizlik məsələlərinə həsr olunmuş müşavirədə səsləndirib.

    İsrail Müdafiə Ordusunun (IDF) yüksək rütbəli zabitlərindən biri isə İsrail ordusu ilə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) birgə və təsdiqlənmiş əməliyyat planlarına malik olduğunu bildirib.

    Onun sözlərinə görə, hazırda əsas məsələ əməliyyatın nə vaxt həyata keçiriləcəyidir. İsrail və ABŞ bununla bağlı ABŞ Prezidenti Donald Trampın qərarını və əməliyyat üçün uyğun vaxtın seçilməsini gözləyir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az