logo
logo logo
logo

Van Qoqun əsəri hərracda rekord qiymətə satıldı

16:11 - 19 Noyabr 2026

Van Qoqun əsəri hərracda rekord qiymətə satıldı

“Chataigniers en fleurs” adlı rəsm əsəri “Sotheby’s” hərrac evində satışa çıxarıldıqdan sonra, əsərin əvvəlki sahibi olmuş yəhudi şəxsin varisləri ilə əldə olunan razılaşmadan sonra rekord qiymətə alıcı tapıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, əsəri Uilyam Akuavellanın aldığı bildirilir.

“Sotheby’s” hərrac evinin yaydığı məlumata görə, məşhur rəssam Vinsent van Qoqun şah əsərlərindən biri olan “Chataigniers en fleurs” (“Çiçəkləmiş şabalıd ağacları”) adlı rəsm əsəri çərşənbə günü 190,4 milyon dollara satılıb.

Satışdan əvvəl əsərin satıcısı ilə onun nasist hakimiyyəti dövründəki yəhudi sahibi olmuş şəxsin varisləri arasında hüquqi mübahisə yaranıb. Hərrac evinin məlumatına görə, tərəflər arasında razılıq əldə edildikdən sonra satış baş tutub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az