ABŞ Prezidenti Donald Tramp, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Çinin Şençjen şəhərində keçirdiyi ilk üçtərəfli görüş başlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, görüşə Çin Sədri Si Cinpin rəhbərlik edir.
Dünyanın nüvə silahına malik üç ən böyük dövlətinin liderlərini bir araya gətirən zirvə toplantısının rəsmi gündəliyi açıqlanmayıb. Bununla belə, danışıqlarda Ukrayna və İrandakı müharibələrin, nüvə silahlarına nəzarət məsələsinin, ticarətin və süni intellekt sahəsində rəqabətin əsas müzakirə mövzuları olacağı gözlənilir.