Türkiyənin İzmir vilayətinin Ödəmiş rayonunda idarəetmədən çıxan avtomobil məscidin divarına çırpılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.
31 yaşlı Emre Akbayın idarə etdiyi 45 HC 675 dövlət nömrə nişanlı avtomobil səhər saatlarında sürücünün idarəetməni itirməsi nəticəsində İşıq məhəlləsində yerləşən məscidin divarına çırpılıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra qəza yerinə təcili tibbi yardım və jandarm qüvvələri cəlb olunub.
Tibbi heyət sürücü Emre Akbayın, eləcə də avtomobildə olan 22 yaşlı Enis Çınarın və 32 yaşlı Eyüp Çınarın hadisə yerində həyatını itirdiyini müəyyən edib.