İran ordusu Hörmüz boğazında naviqasiya sistemlərini söndürərək hərəkət edən və müəyyən edilmiş qadağan olunmuş əraziyə daxil olan üç neft tankerinin dəniz minalarına düşdüyünü açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, İran Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumatda bildirilir ki, naviqasiya sistemlərini söndürərək Hörmüz boğazının şərq hissəsindəki gəmilərin hərəkəti üçün icazə verilməyən ərazidə irəliləyən üç neft tankeri dəniz minalarına çırpılıb.
Minalara düşən gəmilərdə yanğın baş verdiyi bildirilib.