Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası hava hücumundan müdafiə sistemlərinin husilər tərəfindən ölkənin cənubuna hücumlar həyata keçirdiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, koalisiya qüvvələrinin sözçüsü, briqada generalı Türki əl-Maliki ABŞ-nin X sosial şəbəkəsindəki hesabında paylaşdığı açıqlamada husilərin ölkənin cənubunu 4 ballistik raketlə hədəfə aldığını bildirib.
Əl-Maliki husilər tərəfindən atılan 4 ballistik raketin məhv edildiyini qeyd edib. O, həmçinin Yəmənin Zimmar bölgəsində husilərə məxsus ballistik raket buraxılış qurğusunun da sıradan çıxarıldığını bildirib.
Koalisiya sözçüsü həmin qurğudan husilərin Ər-Riyad şəhərinə hücum cəhdi zamanı istifadə etməyi planlaşdırdıqlarını vurğulayıb.