logo
logo logo
logo

"O, şəffaf, ədalətli, rüşvətsiz məmur idi" - Əli Vəliyev yazır

14:45 - 19 Noyabr 2026

\"O, şəffaf, ədalətli, rüşvətsiz məmur idi\" - Əli Vəliyev yazır

Məleykə Abbaszadə bu ölkədə ən təmiz məmurlar siyahısındadır. Bunu qətiyyətlə deyirəm. Son 25-30 il ərzində Azərbaycanda fəaliyyət göstərən yüksək vəzifəli məmurlar içərisində kifayət qədər ədalətli, bir o qədər də təmiz, işini bilən məmurlardan biridir. Prezident İlham Əliyevin Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin etməsi də onu göstərir ki, ona inamı və güvəni tamdır. Çünki BDU-nun rektoru vəzifəsi az qala nazir vəzifəsinə bərabərdir. Hesab edirəm ki, Məleykə Abbazadənin DİM İdarə Heyətindən çıxarılması və rektor təyin edilməsi yaşla əlaqədar olan məsələdir. Məleykə Abbaszadə kifayət qədər işinin peşəkarı və ədalətli olan bir şəxsdir. 


Lerikin Şingədulan kəndində, Naxçıvanın Sirab kəndində, Qazaxın Xanlıqlar kəndində yaşayan, eləcə də Bakıdakı bir oliqarxın övladları da yaxşı bilir ki, əla oxumalı və DİM-in imtahanından keçərək qəbul olmalıdır. Onların bundan başqa şansı yoxdur. Məhz bu sistemi - rüşvətsiz, ədalətli sistemi illərdir saxlaya bilən Məleykə Abbaszadə idi. DİM üçün bir oliqarxın da, Baş nazirin övladının da, Bakıda küçələri süpürən bir xanımın da övladı eyni idi. Bu baxımdan Məleykə Abbaszadəni müasir dövrün ən yaxşı məmurlarından biri hesab edirəm. Xanım Abbaszadə eyni zamanda mətbuata da açıq məmur idi. O, il ərzində bir neçə dəfə medianın qarşısına çıxır, jurnalistlərin suallarını cavablandırırdı. O, jurnalsitlərdən və onların verəcəyi suallardan qorxmurdu. Çünki şəffaf, təmiz idi. Məleykə Abbaszadə həm də qətiyyətli idi. Nazirlərlə abituriyentlərin xeyri üçün mübarizə etməyi də bacarırdı. Azərbaycana önəmli və savadlı kadrlar yetişdirmək üçün mübarizə aparırdı. O heç bir məmurun qarşısında geri çəkilmirdi. Bütün təzyiqlərə baxmayaraq, öz iradəsini yeridə bilirdi və hər bir kəsin yalnız DİM imtahanından keçərək qəbul olunacağını bildirirdi. Bir faktı yazıda qeyd etmək istəyirəm. Aktyorluq sənəti ilə bağlı baş verən özbaşınalıqların qarşısını almaq, məhz həmin sahədə komissiya təşkil etmək üçün Xalq artisti Şəfiqə Məmmədovaya neçə dəfə xahiş edib, hətta Şəfiqə Məmmədovanın buna razılıq verməməsinə baxmayaraq, onun yanına gəlib, onu fikrindən daşındıraraq komissiyanın sədri təyin edib. Çünki xanım Məmmədova da sənət vurğunu idi. Şəffaflıq və təmizlik istəyirdi. O da tapşırıqlara və xahişlərə göz yuman adam deyildi. Yazı çox geniş olmasın deyə belə faktları sadalamaq istəmirəm.

Mən inanıram ki, Məleykə Abbaszadə BDU-da olan bütün qanunsuzluqları və ədalətsizlikləri aradan qaldıracaq. Ancaq baxaq görək, Məleykə Abbaszadənin yerinə gələcək şəxs 26 ildir davam edən bu şəffaflığı, təmizliyi, ədaləti bu qurumda qoruyub saxlaya biləcəkmi? Yuxarıda qeyd etdiyim kimi, DİM təhsil alan hər bir abituriyentin güman yeri ola biləcəkmi? 

Yazımı isə xanım Məleykə Abbaszadəyə alqış edərək bitirmək istəyirəm...


Əli Vəliyev

Manşet.az xəbər portalının baş redaktoru 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az