logo
logo logo
logo

Cümşüdün ölümündə təqsirli bilinən rəisə HÖKM OXUNDU

17:20 - 19 Noyabr 2026

Cümşüdün ölümündə təqsirli bilinən rəisə HÖKM OXUNDU

“Baksol” yolu ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı ittiham olunan Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəməsi başa çatıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

İşi araşdıran hakim Gültəkin Əsədova yekunda belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham əsaslıdır və kifayət qədər dəlil-sübutlarla təsdiqini tapıb.

Hökmə əsasən, Cümşüdova 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Amma hakim onu birbaşa həbsə göndərməyib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Cümşüdün meyiti Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən kanalizasiya təmizləmə anbarında tapılmışdı. O, ailənin yeganə övladı idi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az