logo
logo logo
logo

Yeniyetmənin idarə etdiyi avtomobil aşdı - Yaralılar var 

22:16 - 19 Noyabr 2026

Yeniyetmənin idarə etdiyi avtomobil aşdı - Yaralılar var 

Qaxda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd yeniyetmə xəsarət alıb.


    Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Qax rayonu ərazisində qeydə alınıb.

    İlkin məlumata əsasən, yeniyetmənin idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq aşıb.

    Qəza nəticəsində avtomobildə olan Qax rayonunun Qaysarlı kənd sakinləri – 16 yaşlı Yusif Aslanlı, 16 yaşlı Elgün Buğdaliyev, 16 yaşlı Qədir Məmmədli və Bakı şəhər sakini, 15 yaşlı Anar Əfəndizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Yusif Aslanlı əlavə müayinə üçün Zaqatalada fəaliyyət göstərən özəl tibb müəssisələrindən birinə göndərilib.

    Digər üç yeniyetmənin müayinə və müalicəsi Qax Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az