logo
logo logo
logo

Bu istiqamətdə hərəkət məhdudlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ 

21:15 - 19 Noyabr 2026

Bu istiqamətdə hərəkət məhdudlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ 

Sabah Bakıda Heydər Əliyev prospektinin "Koroğlu" metro stansiyası istiqamətində yerləşən yan yolunda kommunikasiya baxış quyularında təmir işləri aparılacaq.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar sözügedən yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, yol nişanlarının tələblərinə əməl etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur", - deyə məlumatda qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az