Tbilisidə partlayış baş vermiş yaşayış binasının dağıntıları altından daha iki nəfərin meyiti çıxarılıb.
Manset.az xəbər verir ki, bununla hadisə nəticəsində ölənlərin sayı 5-ə çatıb.
***
Tbilisinin kənarında yerləşən yaşayış binasında baş verən qaz partlayışı nəticəsində 3 nəfər həlak olub.
Manset.az xəbər verir ki, bu barədə jurnalistlərə Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mqebrişvili bildirib.
O qeyd edib ki, daha üç nəfərin axtarışı davam edir.
“İki qadın və bir uşağın cəsədi tapılıb. Daha üç nəfərin axtarışı isə davam edir”, - deyə Mqebrişvili bildirib.Hadisə yerinə müvafiq bölmələr və xüsusi texnika cəlb olunmaqla, axtarış-xilasetmə əməliyyatı davam etdirilir.