logo
logo logo
logo

Misli Premyer Liqasında XII tura bu gün start veriləcək 

09:19 - 20 Noyabr 2026

Misli Premyer Liqasında XII tura bu gün start veriləcək 

Misli Premyer Liqasının XII turunda bu gün iki qarşılaşma keçiriləcək.


Manset.az xəbər verir ki, ilk oyunda "İmişli" doğma meydanda "Zirə"ni qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq görüş saat 14:30-da başlayacaq. "Zirə" 19 xalla turnir cədvəlinin beşinci, "İmişli" isə 11 xalla səkkizinci pilləsində qərarlaşıb.

Günün digər matçında "Sumqayıt" "Sabah"la münasibətlərinə aydınlıq gətirəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək. "Sabah" 21 xalla ikinci, "Sumqayıt" isə 10 xalla doqquzuncu yerdədir.

Qeyd edək ki, hər iki komandanın ehtiyatda bir oyunu var.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının XII turuna noyabrın 22-də yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az