Nabranda yerləşən “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, o, ürək çatışmazlığından dünyasını dəyişib.
Bildirilib ki, Tahir Qədəşov Qubada dəfn olunacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl mərhumun rəhbəri olduğu “Atlant” Ailəvi İstirahət Mərkəzi müsadirə edilib.