logo
logo logo
logo

Polşa hava məkanında həyəcan siqnalı - Naməlum obyekt aşkarlandı

14:09 - 20 Noyabr 2026

Polşa hava məkanında həyəcan siqnalı - Naməlum obyekt aşkarlandı

Polşada hava məkanının pozulması səbəbindən həyəcan siqnalı elan edilib. Naməlum obyektin Ukrayna ilə sərhədə yaxın əraziyə düşdüyü ehtimalı ilə axtarışlara başlanılıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının ABŞ-ın X sosial şəbəkəsindəki rəsmi hesabında yayılan açıqlamada bildirilib ki, səhər saatlarında ölkənin hava məkanı pozulub. Qeyd olunub ki, hadisədən sonra Ukrayna sərhədinə yaxın Bilqoray rayonunda naməlum obyektin düşmüş ola biləcəyi ehtimal edilir.

Açıqlamada ərazidə axtarış işlərinə başlanıldığı bildirilib. Həmçinin yerli sakinlərə hər hansı obyekt qalıqları aşkar etdikləri təqdirdə onlara yaxınlaşmamaq, toxunmamaq və bu barədə aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub.

Komandanlığın sözçüsü, polkovnik-leytenant Yatsek Qorışevski TVN24 telekanalına açıqlamasında Ukrayna sərhədinə yaxın Bilqoray rayonunda naməlum obyektin düşmüş ola biləcəyini bildirib. O, Polşanın hava məkanının pozulması ilə bağlı iki ayrı hadisənin araşdırıldığını da qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az