logo
logo logo
logo

İranla müharibə ABŞ-yə neçəyə başa gəldi?

16:02 - 20 Noyabr 2026

İranla müharibə ABŞ-yə neçəyə başa gəldi?

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) büdcə məsələləri üzrə rəsmisi Artur Miller ABŞ-ın İranla müharibəsinin 13 noyabr tarixinə olan ümumi dəyərinin 48,3 milyard dollara çatdığını açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pentaqonun büdcə məsələləri üzrə rəsmisi və Hərbi Dəniz Qüvvələrinin maliyyə məsələləri üzrə rəhbəri vəzifəsinə namizəd olan Artur Miller dünən Senatın Silahlı Qüvvələr Komitəsinin iclasında ABŞ-ın İrana qarşı apardığı müharibənin maliyyə yükü barədə məlumat verib.

Açıqlanan son rəqəmin Konqresin Büdcə İdarəsinin avqustun 1-nə olan hesablaması ilə müqayisədə təxminən 27 faiz artım demək olduğu bildirilib. Həmin vaxt müharibənin dəyəri 38 milyard dollar həcmində qiymətləndirilmişdi.

Miller ümumi məbləğin döyüş sursatlarının, hərbi texnikanın yenilənməsi və hərbi əməliyyatlarla bağlı xərcləri əhatə etdiyini bildirib. Bununla belə, əlavə təmir xərcləri ilə bağlı əlində hər hansı hesablamanın olmadığını qeyd edib.

Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Uiker isə Milleri sözügedən təmir xərcləri ilə bağlı rəqəmləri mümkün qədər tez komitəyə təqdim etməyə çağırıb.

ABŞ mətbuatında ötən ay Pentaqon mənbələrinə istinadən yayılan xəbərlərdə bölgədəki ABŞ hərbi obyektlərinə dəymiş ziyanın 5 milyard dollardan 15 milyard dollaradək ola biləcəyi bildirilmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az