Nənə və babasını insulin iynəsi vuraraq öldürən qadın cinayətlərini Tanrıya etiraf edib. Dinləmə qurğusuna düşən etiraf zamanı dəhşətli planını açıqlayan qadın təqsirli bilinərək həbsə göndərilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliyanın Cənubi Avstraliya ştatında 66 yaşlı Raelene Polymiadisin məhkəmə prosesi başa çatıb. O, nənə və babasını insulin vasitəsilə öldürməkdə təqsirli bilinib. Birinci tip şəkərli diabet xəstəsi olan Polymiadis iki dəfə ağırlaşdırılmış ömürlük həbs cəzası tələbi ilə hakim qarşısına çıxacaq.
Dörd ay davam edən məhkəmə prosesindən sonra andlı iclasçılar yekdilliklə qərar qəbul ediblər. İlk ittiham üzrə təqsirlilik hökmü elan edilərkən müttəhimlər kürsüsündən yapışan Polymiadis ikinci cinayət üzrə də təqsirli bilindiyi açıqlananda göz yaşlarını saxlaya bilməyib.
Qadının girov müqabilində azadlığa buraxılması barədə qərar ləğv edilib və o, barəsində yekun cəza hökmü çıxarılmamışdan əvvəl həbsə alınıb.