logo
logo logo
logo

Əziz Yıldırımdan Arda Gülərə təbrik məktubu 

14:55 - 20 Noyabr 2026

Əziz Yıldırımdan Arda Gülərə təbrik məktubu 

“Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım “Real Madrid”lə müqaviləsini yeniləyən Arda Gülərə təbrik məktubu ünvanlayıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yıldırım “Real Madrid”lə müqaviləsinin müddətini 2032-ci ilədək uzadan Türkiyə millisinin futbolçusu Arda Güləri təbrik edib. Onun futbolçuya ünvanladığı məktub “Fənərbağça” klubunun rəsmi internet səhifəsində dərc olunub.

Məktubun tam mətnini təqdim edirik:

Əziz Arda Gülər!

“Real Madrid” klubu ilə müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqların başa çatdığını və yeni müqavilənin 2032-ci ilədək qüvvədə olacağını məmnuniyyətlə izlədim. Bu xəbər məni böyük qürur hissinə qərq etdi.

Ölkəmizin şahidi olduğu bu imza sənin futbola bağlılığının, sədaqətinin, zəhmətinin, əzminin və çəkdiyin əziyyətin olduqca dəyərli nəticəsidir.

Şəxsən mən, İdarə Heyətimizin üzvləri və “Fənərbağça” İdman Klubu olaraq həm klubumuzda, həm də milli və beynəlxalq arenalarda nümayiş etdirdiyin idmançı və nümunəvi şəxsiyyətini hər zaman rəğbətlə izləmişik və izləməyə davam edəcəyik.

Yaxşı ki, “Fənərbağça” azarkeşisən və yaxşı ki, şanlı gerbimizi və formamızı daşımısan.

İmzaladığın yeni müqavilənin xeyirli olmasını arzulayırıq. İnanırıq ki, bundan sonra da mənsub olduğun klubla meydanlarda mübarizə aparmağa, yeni tarix yazmağa və hamımızı qürurlandıracaq qələbələr qazanmağa davam edəcəksən.

Sənə və əziz ailənə zədələrdən uzaq, sağlam və böyük uğurlarla dolu yeni bir dövr arzulayır, gələcəkdə daha neçə-neçə nailiyyətlərinin şahidi olmağı diləyirik.

Sevgilərimlə,

Əziz Yıldırım

“Fənərbağça” İdman Klubunun prezidenti


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az