logo
logo logo
logo

"Zirə" XII turun açılış oyununda "İmişli" ilə heç-heçə etdi

16:55 - 20 Noyabr 2026

\"Zirə\" XII turun açılış oyununda \"İmişli\" ilə heç-heçə etdi

"Zirə" Misli Premyer Liqasının XII turunun açılış oyununda heç-heçə edib.


Manset.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv səfərdə "İmişli" ilə üz-üzə gəlib.

Yevlax şəhər stadionundakı qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Qartallar"ın qollarını 44-cü dəqiqədə Davit Volkov, 55-ci dəqiqədə Rikardo Martins vurublar. Meydan sahiblərindən Seyxan Fərəcov 71 və 76-cı dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib.

Xallarının sayını 20-yə çatdıran "Zirə" hələlik dördüncü pillədə qərarlaşıb. "İmişli" 12 xalla səkkizinci sıradadır.

Günün ikinci görüşündə "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında tura noyabrın 22-də yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az