Rusiya Ukraynanın şərqi ilə qərbini birləşdirən strateji əhəmiyyətli Dnepr çayı üzərindəki Cənub və Şimal körpülərini hədəfə alıb. Paytaxt Kiyevə ardıcıl hava hücumları nəticəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kiyev şəhərinin meri Vitali Kliçko Rusiya ordusunun şəhərdə Dnepr çayı üzərində yerləşən Cənub və Şimal körpülərinə zərbələr endirdiyini bildirib. O, sosial şəbəkə hesabında paylaşım edərək Rusiyanın gecə saatlarında paytaxta hava hücumu həyata keçirdiyini qeyd edib.
Kliçkonun sözlərinə görə, hücumlar zamanı Dnepr çayı üzərindəki Cənub və Şimal körpüləri zərbələrə məruz qalıb. Bundan başqa, Kiyevin mühüm infrastruktur obyektlərinə də ziyan dəyib.
Mer bildirib ki, hücumlar nəticəsində şəhərin bəzi ərazilərində su və istilik təchizatında fasilələr yaranıb.