logo
logo logo
logo

CityNet TV-də bu kanalların yayımı dayandırılıb - AÇIQLAMA

19:51 - 20 Noyabr 2026

CityNet TV-də bu kanalların yayımı dayandırılıb - AÇIQLAMA

Bir sıra nüfuzlu beynəlxalq idman yarışlarının yayım hüquqlarının sahibi, o cümlədən Setanta Sports 1 və Setanta Sports 2 idman kanallarının Azərbaycandakı rəsmi təmsilçisi olan “ADRESCON” MMC bildirir ki, “Uninet” MMC-yə məxsus CityNet TV və digər televiziya operatorlarının şəbəkələrində qeyd olunan idman kanallarının və idman yarışlarının yayımı 16 noyabr 2026-cı il tarixindən etibarən müqavilə şərtlərinə uyğun olaraq dayandırılıb.


Manset.az xəbər verir ki, hazırda Setanta Sports 1 və Setanta Sports 2 kanalları və hüquqları ADRESCON MMC-yə aid idman yarışları “Uninet” MMC-yə məxsus televiziya operatorlarının şəbəkələrində yayımlanmır. Bu kanalların yayımı ADRESCON MMC ilə müvafiq müqaviləsi olan digər televiziya operatorlarının şəbəkələrində davam etdirilir.

Adıçəkilən kanalların və hüquqları ADRESCON MMC-yə aid idman yarışlarının “Uninet” MMC-yə məxsus televiziya operatorlarının şəbəkələrində yayımının bərpası ilə bağlı hər hansı yenilik olacağı təqdirdə, abunəçilərə və ictimaiyyətə əlavə rəsmi məlumat təqdim ediləcəkdir.

Abunəçilərin düzgün məlumatlandırılması və yarana biləcək anlaşılmazlıqların qarşısının alınması məqsədilə bu açıqlamanı ictimaiyyətin diqqətinə çatdırırıq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az