logo
logo logo
logo

Ağdam Muğam Mərkəzinin amfiteatrında ilk konsert keçirildi

21:42 - 20 Noyabr 2026

Ağdam Muğam Mərkəzinin amfiteatrında ilk konsert keçirildi

Ağdam Şəhəri Günü münasibətilə Ağdam Muğam Mərkəzinin açıq amfiteatrında mini-konsert proqramı keçirilib.


Manset.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən konsertdə “Qaya” Dövlət Ansamblı və xanəndələr çıxış ediblər.

Rəngarəng musiqi nömrələri tamaşaçılara bayram ovqatı bəxş edib və maraqla qarşılanıb.

Qeyd edək ki, bu konsert ötən il istifadəyə verilən mərkəzin amfiteatrında keçirilən ilk mədəni-kütləvi tədbirdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az