logo
logo logo
logo

Hörmüz boğazından çıxan tanker vuruldu

22:53 - 20 Noyabr 2026

Hörmüz boğazından çıxan tanker vuruldu

Hörmüz boğazından çıxan tankerdə naməlum mərminin dəyməsi nəticəsində yanğın baş verib.


Manset.az Reuters-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) insident barədə noyabrın 20-də məlumat yayıb.

Bildirilib ki, mərmi Omanın Xəsab şəhərindən 8 dəniz mili şimalda tankerin göyərtəsinə dəyib.

Yanğın barədə gəminin təhlükəsizliyinə cavabdeh olan şirkət əməkdaşı məlumat verib. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb, ətraf mühitə zərər dəyməsi barədə də məlumat daxil olmayıb.

Hazırda hakimiyyət orqanları hadisənin təfərrüatlarını araşdırır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az