logo
logo logo
logo

Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı - Arvadını da döydü

14:32 - 21 Noyabr 2026

Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı - Arvadını da döydü

Bakıda kişi oğlunu siqaret çəkdiyi üçün cəzalandırıb, eləcə də həyat yoldaşını döyüb.


Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisindəki fərdi yaşayış evlərindən birində baş verib. 1986-cı il təvəllüdlü V.Mustafayev evinə gələrkən yeniyetmə oğlunun küçədə siqaret çəkdiyini görüb. O, oğlunu cəzalandırmaq üçün yanan siqareti oğlunun ağzına basıb və onu döyüb. V.Mustafayevin həyat yoldaşı isə onun bu hərəkətlərinə mane olub və oğlunu döyməsinə imkan verməyib. Bundan qəzəblənən kişi həyat yoldaşını da döyüb.

Hadisə yerinə polis əməkdaşları gediblər və o saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə V.Mustafayevə 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib.Bakıda kişi oğlunu siqaret çəkdiyi üçün cəzalandırıb, eləcə də həyat yoldaşını döyüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az