logo
logo logo
logo

Tanışının bankdan götürdüyü krediti oğurladı

13:40 - 21 Noyabr 2026

Tanışının bankdan götürdüyü krediti oğurladı

Paytaxtın Binəqədi rayonu ərazisində talama hadisəsi qeydə alınıb.


Manset.az xəbər verir ki, zərərçəkmiş şəxs bir müddət əvvəl avtomobil almaq üçün pul toplamaq qərarına gəldiyini, bu məqsədlə bankların birindən 4000 manat məbləğində kredit vəsaiti götürərək yaşadığı evə gətirdiyini, amma mənzildə olmadığı vaxt həmin pulun oğurlandığını bildirib.

Binəqədi rayonu ərazisində polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş, zərərçəkənin köhnə tanışı N.Qədirli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az