logo
logo logo
logo

"Ukraynanın NATO-ya üzvlük perspektivi müharibənin başa çatmasından asılıdır"  - Zelenski

17:59 - 21 Noyabr 2026

\"Ukraynanın NATO-ya üzvlük perspektivi müharibənin başa çatmasından asılıdır\"  - Zelenski

Ukraynanın NATO-ya üzv olub-olmayacağı məsələsi Rusiya-Ukrayna müharibəsinin necə başa çatacağından asılıdır. Hələlik bu barədə qəti fikir söyləmək tezdir.


Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski WhatsApp platforması üzərindən keçirdiyi onlayn brifinq zamanı bildirib.

    Zelenski qeyd edib ki, Ukrayna NATO-ya üzvlük imkanını nəzərdən keçirir və Alyansda da bu məsələ müzakirə olunur. Onun sözlərinə görə, mövzu hazırda gündəmdədir və noyabrın 19-da Berlində keçirilən “Könüllülər koalisiyası”nın iclasında da müzakirəyə çıxarılıb.

    Ukrayna Prezidenti vurğulayıb ki, Fransa və digər müttəfiqlər Ukraynanın təhlükəsizliyinin ən aydın təminatının NATO-ya üzvlük olduğunu anlayırlar.

    “Fransa və digər müttəfiqlər başa düşürlər ki, Ukrayna üçün ən aydın təhlükəsizlik təminatı NATO üzvlüyüdür. NATO-nun güclənməsinin ən aşkar yolu isə Ukraynanı Alyansa qəbul etmək və Ukrayna ordusu kimi bir orduya müttəfiqlər arasında sahib olmaqdır. Şübhəsiz ki, bu, hər iki tərəfin – həm Ukraynanın, həm də NATO-nun maraqlarına uyğundur”, – deyə Zelenski bildirib.

    Qeyd edək ki, noyabrın 19-da Berlində keçirilən “Könüllülər koalisiyası”nın toplantısında Ukrayna üçün təhlükəsizlik təminatları, müharibənin başa çatdırılması və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məsələləri də müzakirə olunub.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az