Danimarka Avropa İttifaqına üzv ölkələrə Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmağı və biometrik olmayan Rusiya pasportlarının tanınmasına son qoymağı təklif edib.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Bildirilib ki, ölkə öz təşəbbüslərini noyabrın 23-də Brüsseldə keçiriləcək Avropa İttifaqı yanında Daimi Nümayəndələr Komitəsinin iclasında təqdim edəcək.