logo
logo logo
logo

Qızılı çox olanlara PİS XƏBƏR

14:57 - 21 Noyabr 2026

Qızılı çox olanlara PİS XƏBƏR

Dünya bazarlarında qızıl və gümüşün qiymətində eniş davam edir.


Manset.az Musavat.com-a istinadən xəbər ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha sərt və aqressiv şəkildə artıra biləcəyi ilə bağlı gözləntilər, eləcə də süni intellekt şirkətlərinin səhmlərində müşahidə olunan kəskin ucuzlaşma qiymətli metallara təzyiqi daha da gücləndirib.

Nəticədə qızılın bir troya unsiyasının qiyməti 2025-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə - əvvəlki bağlanışla müqayisədə 3,2 faiz azalaraq 3 516 dollara düşüb. Həftəlik itkiləri təxminən 9 faizə çatan qızıl mart ayından bəri ən kəskin ucuzlaşmasını qeydə almağa hazırlaşır.

Qiymətli metallardakı ucuzlaşma gümüş bazarına da təsirsiz ötüşməyib. Gümüşün bir unsiyasının qiyməti 4 faizdən çox geriləyərək 41 dollara enib.

Analitiklərin fikrincə, fevralın sonunda başlayan ABŞ-İran müharibəsi enerji xərclərini artıraraq inflyasiyanı daha da gücləndirib. Bu isə FED-in faiz dərəcələrini aşağı salacağı ilə bağlı gözləntiləri zəiflədib və faiz endirimi ehtimalını 2027-ci ildən sonraya təxirə salıb.

Bəzi ekspertlər isə bazarlarda müşahidə olunan kəskin qiymət dəyişikliklərinin iri həcmli investisiya fondlarından böyük kapital axını ilə deyil, alıcıların bazardan geri çəkilməsi nəticəsində yaranan likvidlik çatışmazlığıyla əlaqəli olduğunu bildirirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az