Latviya 2026-cı ildə müdafiə xərclərini ümumi daxili məhsulunun (ÜDM) 6,4 faizinə qədər artırıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, bunu “Die Welt” qəzetinə ölkənin Baş naziri Andris Kulberqs müsahibəsində bildirib.
Onun sözlərinə görə, ötən il müdafiə xərcləri ÜDM-in 5 faizini təşkil edib.
“Bu il müdafiəyə ÜDM-in 6,4 faizini ayırmışıq. Ötən il isə bu göstərici 5 faiz idi”, – deyə Baş nazir bildirib.
O qeyd edib ki, ayrılan vəsait yalnız silah və hərbi texnikanın alınmasına yönəldilib, infrastruktur layihələrinə xərclənməyib.
“Bizim başqa seçimimiz yoxdur. Coğrafi mövqeyimiz bizi belə qərarlar qəbul etməyə məcbur edir”, – deyə Kulberqs vurğulayıb.