logo
logo logo
logo

Adil Kərimli  Pakistanın federal naziri ilə görüşdü

23:06 - 21 Noyabr 2026

Adil Kərimli  Pakistanın federal naziri ilə görüşdü

Noyabrın 21-də Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Pakistanın iqlim dəyişikliyi və ətraf mühitin koordinasiyası üzrə federal naziri, ölkə nümayəndə heyətinin rəhbəri Musadik Masud Malik ilə görüşüb.


Manset.az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Pakistan arasında humanitar və mədəniyyət sahələrində münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.

Görüşdə Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü «İqlim naminə mədəniyyət» («Culture for Climate») təşəbbüsü, mədəniyyətin iqlim dəyişikliyi ilə mübarizədə rolu, eləcə də mədəni irsin iqlim risklərindən qorunması sahəsində beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat verilib. Bildirilib ki, təşəbbüs dayanıqlı inkişafın və iqlim fəaliyyətinin təşviqində mədəniyyətin rolunun gücləndirilməsini nəzərdə tutur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az