Sakit okeanda yerləşən ada dövləti Vanuatudada zəlzələ qeydə alınıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Vanuatuda 6,5 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb. Qurumun məlumatına görə, zəlzələnin ocağı 614 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlardan sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilməyib.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatının qeydə alınmadığı bildirilib.