BMT-nin 2026-cı il üçün əhali proqnozları dünyada doğum göstəricilərinin coğrafi bölgüsündə baş verən dəyişiklikləri üzə çıxarıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, il ərzində dünyada təxminən 132,5 milyon körpənin dünyaya gələcəyi gözlənilir. Hindistan 23 milyona yaxın doğum sayı ilə ilk sırada qərarlaşıb, Çin isə ikinci yerdədir. Türkiyə 1 milyon 46 min doğum proqnozu ilə 28-ci sırada göstərilib.
Dünya əhalisinin bölgüsü dəyişdikcə yeni nəsillərin hansı ölkələrdə dünyaya gəldiyinə dair göstəricilər də diqqətəlayiq mənzərə ortaya qoyur.
Birləşmiş Millətlər Təşkilatının (BMT) 2024-cü ildə dərc etdiyi “Dünya əhalisinin perspektivləri” (World Population Prospects) adlı araşdırmasına əsaslanan 2026-cı il proqnozlarına görə, il ərzində dünya üzrə təxminən 132,5 milyon körpənin doğulacağı gözlənilir.
Siyahının ilk pilləsində 22 milyon 988 min 460 doğum göstəricisi ilə Hindistan qərarlaşıb. Çində isə 8 milyon 625 min 232 doğumun qeydə alınacağı proqnozlaşdırılır.
Beləliklə, Hindistanda il ərzində gözlənilən doğum sayı Çindəki göstəricidən təxminən 2,7 dəfə çoxdur.