Tramp “Fox News” telekanalına telefonla verdiyi müsahibədə məsələ ilə bağlı açıqlamalar verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla razılıq əldə olunmayacağı təqdirdə 2027-ci il yanvarın 1-dən sonra bu ölkəyə qarşı hərbi zərbə endirilməsi barədə əmr verə biləcəyini bildirib.
İranlı danışıqlar aparan tərəfi müzakirələri uzatmaqda ittiham edən Tramp razılıq əldə olunmayacağı təqdirdə yeni ildən sonra İrana qarşı hərbi zərbə endirilməsi barədə əmr verə biləcəyini söyləyib.
Tramp İran rəsmilərinin ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilərdən əvvəlki dövrlə müqayisədə daha sərt mövqe nümayiş etdirdiklərini iddia edib.
İran rəsmilərinin daim danışdıqlarını, lakin konkret addım atmadıqlarını irəli sürən Tramp aparılan danışıqları “mənasız” adlandırıb.
Tramp İranın ABŞ-nin dəniz blokadasını yarmağa cəhd göstərməsi ehtimalına da toxunub. O, bu barədə belə deyib: “Ümid edirəm ki, buna cəhd edərlər. Donanmalarının qalan hissəsi kimi, hamısı dənizin dibinə gedər”.