İstanbulun Kiçikçəkməcə rayonunda beşmərtəbəli binanın zirzəmisində yanğın baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğınsöndürənlər tərəfindən söndürülən hadisə nəticəsində ağır xəsarət alan 26 yaşlı Berkay Ö.-nün də həyatını itirməsi ilə ölənlərin sayı 2-yə yüksəlib.
Xəsarət alan 4 nəfər xəstəxanadan evə buraxılıb, daha 2 nəfərin müalicəsi isə davam etdirilir.