Ukrayna Prezidenti Volodimir Zelenski Liviyanın sahillərində Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Merkuriy” korvetinə və Rusiyanın MV ANGARA quru yük gəmisinə hücum etdiklərini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski hücum nəticəsində korvetin və “Ka-27” döyüş helikopterinin məhv edildiyini bildirib.
Zelenski paylaşımında “Korvetlə birlikdə "Ka-27" döyüş helikopteri də məhv edilib” ifadəsini işlədib.
Ukrayna Prezidenti Liviyanın sahillərində Rusiyaya məxsus MV ANGARA quru yük gəmisinə də hücum edildiyini bildirib. Onun sözlərinə görə, əməliyyat zamanı Ukrayna istehsalı olan ümumilikdə 7 pilotsuz dəniz aparatı istifadə edilib.