logo
logo logo
logo

Bakının şəhərsalma inkişaf perspektivləri təqdim olundu - FOTOLAR

18:31 - 23 Noyabr 2026

Bakının şəhərsalma inkişaf perspektivləri təqdim olundu - FOTOLAR

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Azərbaycan–İtaliya Biznes Forumunda şəhərsalmanın iqtisadi və regional əlaqələrin gücləndirilməsində rolu və  paytaxtın strateji inkişaf prioritetlərinə dair məruzə ilə çıxış edib.


Manset.az xəbər verir ki, Read Qasımov müasir şəhərsalma planlaşdırmasının iqtisadi artım, investisiyaların cəlb edilməsi və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

O, "Bakının 2040-cı ilədək inkişafına dair Baş Planı"na diqqət çəkərək bildirib ki, Baş Plan paytaxtın çoxmərkəzli inkişaf modelinə keçidini, yeni işgüzar mərkəzlərin formalaşdırılmasını, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini və iqtisadi fəallığın daha balanslı paylanmasını nəzərdə tutur.

“Bakı Ağ Şəhər” layihəsi, ictimai nəqliyyatın modernləşdirilməsi və sahilyanı ərazilərin inkişafını nümunə gətirən Baş İdarə rəisi kompleks şəhərsalma həllərinin özəl investisiyaların cəlbinə, yeni iş yerlərinin yaradılmasına və paytaxtın iqtisadi rəqabət qabiliyyətinin artırılmasına töhfəsini vurğulayıb.

Forum çərçivəsində, həmçinin Azərbaycan və İtaliya arasında memarlıq, infrastruktur və şəhər mühitinin yenilənməsi sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az