Türkiyənin Aksaray-Nevşehir avtomobil yolunun Alayhan ərazisində sərnişin avtobusu qəzaya uğrayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankaradan Qaziantepə gedən avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
İlkin məlumata görə, qəza nəticəsində 19 nəfər xəsarət alıb.
Hadisə yerinə cəlb olunan 112 Təcili Tibbi Yardım və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) əməkdaşları xilasetmə işlərini davam etdirirlər.