Vyetnamın paytaxtı Hanoy şəhərində restoranda partlayış baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 6 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.
Hadisə Hanoyun Donq Da rayonunda yerləşən restoranda səhər saatlarında, obyektin fəaliyyətə başladığı vaxt baş verib.
Rəsmilərin ilkin araşdırmalarına görə, partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir. Hadisə nəticəsində binanın bir hissəsi uçub.