ABŞ-nin Havay adasında yerləşən Kilauea vulkanında püskürmə baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, püskürmə zamanı vulkandan çıxan lava 200 metr yüksəkliyə qalxıb.
Dünyanın ən fəal vulkanlarından biri hesab olunan Kilaueada 23 dekabr 2024-cü ildən bəri 57-ci dəfə püskürmə qeydə alınıb.
Səhər saatlarında baş verən püskürmə zamanı havaya atılan lava axınlarının hündürlüyü 200 metrə çatıb.
Lava püskürməsi təxminən 6 saat davam edib.
Kilauea vulkanında son püskürmə dövrü 23 dekabr 2024-cü ildə başlayıb. Vulkanın əvvəlki püskürmələrinin əksəriyyəti bir gündən az davam edib.
Qeyd edək ki, vulkanda 2018-ci ildə baş verən və təxminən üç ay davam edən püskürmələr nəticəsində 700-dən çox ev dağılıb.