logo
logo logo
logo

İşlənmiş qızılı təzə adı ilə satırlar, necə ayırd etmək olar? - VİDEO 

09:44 - 25 Noyabr 2026

İşlənmiş qızılı təzə adı ilə satırlar, necə ayırd etmək olar? - VİDEO 

Qızıl bazarında ikinci əl zinət əşyalarının satışı artıb. Vətəndaşlardan alınan qızıllar təmizlənib cilalandıqdan sonra vitrinə çıxarılır. Bəzi hallarda isə onların etiketi dəyişdirilir və məhsul yeni adı ilə satılır.


Manset.az xəbər verir ki, satıcıların sözlərinə görə, ikinci əl bazarında daha çox Rusiya istehsalı olan qızıl məmulatlarına üstünlük verilir. İşlənmiş zinət əşyasının alıcıya necə təqdim olunması isə satıcıdan asılıdır.

“Qızılı yuyub təmizləyir, sonra vitrinə qoyuruq. Satıcı onu alıcıya həm yeni, həm də ikinci əl kimi təqdim edə bilər. Üzərində cızıq, əzik və ya kir varsa, işlənmiş olduğunu anlamaq olur. Belə izlər görünməyəndə isə ayırd etmək çətindir”, – satıcılardan biri deyib.

Bəzi alıcılar ikinci əl qızılı daha sərfəli hesab edirlər. Onların sözlərinə görə, yeni zinət əşyası alarkən daha çox pul ödəyirlər, sonradan satanda isə həmin məbləğin xeyli aşağısını ala bilirlər.

Zərgərlər alıcılara zinət əşyasının üzərindəki xırda cızıqlara, batıqlara və aşınma izlərinə diqqət yetirməyi məsləhət görürlər. Onların sözlərinə görə, az çəkili 585 əyarlı zəncir və qolbaqlarda aşınmış hissələr daha tez qırıla bilər.

Reportajda göstərilən qiymətlərə əsasən, 10 qramlıq 585 əyarlı yeni zinət əşyası 1 450–1 600 manata, eyni çəkidə və əyarda ikinci əl məmulat isə 1 150–1 350 manata satılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az