ABŞ Prezidenti Donald Tramp İranla davam edən müharibəni istənilən vaxt başa çatdıra biləcəklərini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, bununla da aralıq seçkilərdə Konqresdə çoxluğu ələ keçirən Demokratlar Partiyasının əldə etdiyi üstünlüyü itirəcəyini iddia edib.
2027-ci ilin yanvarında Demokratlar Partiyasının Konqresdə çoxluğu əldə etməsi səbəbindən ABŞ-nin İranda hərbi imkanlarının məhdudlaşa biləcəyinə işarə edən Tramp belə deyib: “Əldə etdikləri üstünlüyü itkiyə çevirəcəklər”.
ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının maliyyələşdirilməsi üçün 2027-ci ilin yanvar ayının sonunadək kifayət qədər vəsaitin olduğunu bildirən Tramp əlavə edib: “Bu müharibəni istədiyimiz vaxt başa çatdıra bilərik”.