Sabah bu ərazidə qaz OLMAYACAQ

19:35 - 16 Yanvar 2025

Sabah bu ərazidə qaz OLMAYACAQ

Sabah İmişli şəhərinin bir hissəsinin qaz təchizatında fasilə olacaq.

 

Manset.az Report-a istinadən xəbər verir ki, diametri 159 mm-lik qaz kəmərinin H.Aslanov küçəsindən keçən hissəsindən ayrılan, diametri 57 mm-lik qaz kəməri üzərinə Dş 50 mm-lik siyirtmənin quraşdırılması məqsədilə sabah saat 14:00-dan etibarən işlər yekunlaşana qədər İmişli şəhərinin bir hissəsində (ümumi 1000 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az