Kəmaləddin Heydərov Türkiyənin daxili işlər nazirinə və Səfirliyə başsağlığı verdi

18:34 - 21 Yanvar 2025

Kəmaləddin Heydərov Türkiyənin daxili işlər nazirinə və Səfirliyə başsağlığı verdi

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin Bolu vilayətinin Kartalkaya xizək mərkəzində yerləşən hoteldə baş vermiş yanğınla əlaqədar ölkənin daxili işlər naziri Əli Yerlikayaya və Türkiyənin Bakıdakı Səfirliyinə başsağlığı məktubu göndərib.

 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını dilədiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az