Sumqayıtda avtomobil yandı

09:10 - 22 Yanvar 2025

Sumqayıtda avtomobil yandı

Sumqayıt şəhərində minik avtomobilində yanğın baş verib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü İsmayılov Sabir Cəfər oğluna məxsus “Toyota” markalı minik avtomobili anidən yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb, ətrafdakı maşınlara və tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az